Bakı sakini arvadını və özünü bıçaqladı

Bakı sakini arvadını və özünü bıçaqladı
  10 May 2014    Oxunub:929
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə mayın 9-da baş verib.

Binəqədi rayon sakini Məhəmməd Rufullayev yaşadığı evdə həyat yoldaşı Nuranəyə, sonra isə özünə bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti