Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib

   Şimali Kipr Prezidenti Azərbaycan xalqını təbrik edib
  17 Noyabr 2022    Oxunub:745
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, o, təbrikini tviterdə etdiyi paylaşımla çatdırıb.

“34 il əvvəl - 17 noyabr 1988-ci ildə Bakıdakı Azadlıq meydanında toplaşan 2 milyon azərbaycanlı qardaşımız müstəqillik məşələni yandırıblar və müstəqil Azərbaycan dövlətini yaradıblar. 17 noyabr - Milli Dirçəliş Gününü təbrik edir, Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”, - dövlət başçısı bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti