"Əfv olmayacaq" - Prezident

   "Əfv olmayacaq" -    Prezident
  21 Noyabr 2022    Oxunub:798
"Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, həbsdə olan sabiq dövlət başçısı Mixail Saakaşvilini əfv etmək niyyətində deyil".
“Mən bunu niyə etməyəcəyimi artıq izah etmişəm. Çünki bu cəmiyyətin əhəmiyyətli dərəcədə qütbləşməsi üçün bir fürsətdir. Onun dövründə yaşayan elə bir ailə yoxdur ki, belə avtoritar rejimin nə demək olduğunu hiss etməsin.

Ona görə də daha çox qütbləşmə alətinə çevrilməli olduğumu düşünmürəm”,- Zurabişvili BBC-yə müsahibəsində deyib.

Zurabaşvili əlavə edib ki, sabiq prezidentin səhhəti ilə bağlı informasiyaları diqqətlə izləyir.

"Eks-prezidentin həbsdə ölməsini və sağlamlığı ilə fəsadlar yaşamasını istəmirəm. Ona görə də tibbi nəticələri çox diqqətlə izləyirəm".

Saakaşvilinin mümkün əfvindən danışan prezident izah edib ki, hazırda onun belə səlahiyyətləri yoxdur. Çünki ona qarşı məhkəmə prosesi davam edir və Gürcüstan qanunvericiliyinə görə, əfv yalnız bütün prosedurlar başa çatdıqdan sonra həyata keçirilə bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti