"Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq" - Semerikov
"Bu gün bu vəziyyət həm nazirlər, həm də dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək", - Semerikov qeyd edib. Onun sözlərinə görə, müvafiq irəliləyişlər var, nazirlər səviyyəsində bəyanat veriləcək.
Qeyd edək ki, noyabrın 23-də İrəvanda KTMT-nin sammiti keçirilir. 2022-ci ilin yanvarından Ermənistan KTMT-nin sədridir və indi estafet Belarusa verilir.
Tural Tağıyev
AzVision.az
Teqlər: KTMT Ermənistan Sərhəd







Vaxtında, Aydın, Lazımlı!


