"Putinə təsir gücüm azalmışdı" - Merkel

   "Putinə təsir gücüm azalmışdı" -    Merkel
  25 Noyabr 2022    Oxunub:804
Almaniyanın keçmiş kansleri Angela Merkel postunu tərk etməzdən əvvəl Rusiya rəhbəri Vladimir Putinlə danışıqlar təşkil etməyə çalışıb. Lakin onun üzərində təsir rıçaqları olmadığından bu cəhdlər nəticə verməyib.
AzVision.az xəbər verir ki, bu barədə Merkel "Der Spiegel" jurnalına müsahibəsində danışıb. O və Fransa prezidenti Emmanuel Makron 2021-ci ilin yayında Avropa İttifaqı çərçivəsində Putinlə danışıqlar aparmağı planlaşdırıblar.

"Ancaq mənim daha bu məsələ ilə bağlı israr etmək rıçaqım yox idi. Çünki hamı bilirdi ki, onsuz da o payızda gedəcək" - keçmiş kansler qeyd edib.

Onun sözlərinə görə, rus prezidentin üzərində bütün təsir rıçaqlarını itirmək hissi onun 2021-ci ilin avqustunda Moskvaya son səfəri zamanı açıq şəkildə özünü göstərib. Merkel etiraf edib ki, onu artıq nüfuzlu siyasətçi kimi qəbul etmirlərmiş.

"Bu hiss çox aydın görünürdü. Yəni siyasətdə təsir baxımından işimiz bitdi. Putin üçün isə yalnız hakimiyyət vacibdir", - o deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti