Ukrayna və ABŞ prezidentləri danışıb
Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Ukraynanın enerji sisteminin bərpası üçün göstərdiyi yardımı da yüksək qiymətləndiririk. Bu sahədə əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirəm. Mən Ukrayna üçün effektiv hava hücumundan müdafiə sisteminin formalaşdırılmasının vacibliyini qeyd etdim".
O vurğulayıb ki, Ukraynanın mülki əhalisini və mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
Ukraynanın dövlət başçısı lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu təsdiqlədiyinə, habelə ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə aydın və ardıcıl sadiqliyinə görə ABŞ liderinə təşəkkür edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


