Paşinyan gileyləndi: "Dostlarımız dəhliz hadisələrinə susurlar"

      Paşinyan gileyləndi:    "Dostlarımız dəhliz hadisələrinə susurlar"
  15 Dekabr 2022    Oxunub:805
"Ermənistanın bəzi dostları Laçın dəhlizi ətrafında yaranmış vəziyyəti gördükləri halda qəribə susqunluq nümayiş etdirirlər". AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Ən azı, bir sıra dost ölkələrin susqunluğu qəribə görünür. Mən Milli Assambleyanın qəbul etdiyi bəyanatı tam dəstəkləyirəm. Həmin bəyanatda Qarabağda yaşayan ermənilərin "təhlükəsizliyinin" və "hüquqlarının" təmin edilməsi mexanizmlərinin işə salınması və ya yenidən işə salınmasının zəruriliyi qeyd olunur”, - Paşinyan Ermənistan hökumətinin iclasında deyib.

Ermənistanın baş naziri onu da qeyd edib ki, Xarici İşlər Nazirliyinə Xankəndidə ermənilər yaşayan ərazilərdə beynəlxalq monitorinq mexanizmlərinin hazırlanması üçün beynəlxalq tərəfdaşlarla fəal işləməyi tapşırıb.

Paşinyanın sözlərinə görə, o, separatçı Arayik Arutyunyanla daimi təmaslar qurur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paşinyan  



Xəbər lenti