Avropa Parlamenti Ukrayna “Qolodomoru”nu soyqırım kimi tanıyıb

   Avropa Parlamenti Ukrayna “Qolodomoru”nu  soyqırım kimi tanıyıb
  15 Dekabr 2022    Oxunub:1419
Avropa Parlamenti 1932-1933-cü illərdə Ukraynada baş vermiş “Qolodomor”un soyqırımı kimi tanınması barədə qətnamə qəbul edib. xəbər verir ki, tarixi sənəd dekabrın 12-15-də Strasburqda keçirilən plenar iclasda deputatların səs çoxluğu ilə qəbul olunub.
Sənədi 507 deputat dəstəkləyib, 12 -nəfər əleyhinə, 17 deputat isə bitərəf qalıb. Səsvermə Avropa Parlamentinin saytında dərc edilib.

“Avropa Parlamenti Qolodomoru (Ukraynada 1932-1933-cü illərdə süni şəkildə yaradılmış aclıq-red.) Ukrayna xalqının sosial əsaslarını, onun adət-ənənələrini, mədəniyyətini və milli kimliyini məhv etməyə yönəlmiş soyqırımı kimi tanıyır”, – qətnaməndə yazılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti