Polşanın baş naziri : "Bir sıra Aİ ölkələri Ukraynaya kömək etmək istəmir"

    Polşanın baş naziri : "Bir sıra Aİ ölkələri Ukraynaya kömək etmək istəmir"
  15 Dekabr 2022    Oxunub:630
Polşanın baş naziri Mateuş Moravetski bildirib ki, Avropa Birliyinin bəzi ölkələri Ukraynaya kömək etmək istəmir, bunu gizlədirlər.
O, bunu Avropa Şurasının iclasından əvvəl deyib. Onun sözlərinə görə, Varşava bütün mövzularda danışıqlara açıqdır, lakin əvvəldən Ukraynaya kömək etmək istəməyən digər dövlətlərin arxasında gizlənmək cəhdi qınamağa layiqdir.

Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Serhi Marçenko bildirmişdi ki, Ukrayna Avropa İttifaqının makromaliyyə yardım proqramı çərçivəsində 500 milyon avroluq sonuncu tranşı alıb.

AzVision.az


Teqlər:



Xəbər lenti