Tviterin keçmiş əməkdaşı həbs edildi

Tviterin keçmiş əməkdaşı həbs edildi
  15 Dekabr 2022    Oxunub:785
ABŞ-nin San-Fransisko şəhərinin Federal məhkəməsi tviterin keçmiş əməkdaşını 3 il yarım müddətinə azadlıqdan məhrum edib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhkəmə Əhməd Abuammo adlı bu şəxsi Səudiyyə Ərəbistanı üçün casusluq etməkdə təqsirli bilinib.


Bildirilir ki, Abuammo Səudiyyə ərəbistanlı dissidentlərin şəxsi məlumatlarını sözügedən ölkə rəhbərliyinə ötürüb. Bunun qarşılığında isə Abuammonun 300 min dollardan çox vəsait və bahalı saatlar əldə etdiyi qeyd olunub.

Abuammo 2013-2015-ci illərdə tviterdə çalışıb.

AzVision.az



Teqlər:



Xəbər lenti