"Hələlik Rusiya və Ukrayna yeni ildə əsas xarici siyasət problemimiz olaraq qalsa da, məni İranın davranışları getdikcə daha çox narahat edir. Bu, Tehranın vətəndaşlara münasibəti, regionda sabitliyi pozan hərəkətlər və nüvə proqramıdır. Ona görə də düşünürəm ki, bu, bizim daha çox vaxt sərf etməli olacağımız bir şeydir”, - Sunak parlamentdə deputatların suallarını cavablandırarkən deyib.
Eyni zamanda, baş nazir Çini də unutmayıb. O qeyd edib ki, Pekin hələ də Böyük Britaniya üçün “sistematik problem” yaradır.
Tural Tağıyev
AzVision.az