Argentina “Messi“ əskinaslarını dövriyyəyə buraxacaq
Mənbənin sözlərinə görə, bu yolla Argentinada millinin Qətərdə keçirilən 2022-ci il dünya çempionatındakı qələbəsini əbədiləşdirmək istəyirlər. Ehtimal olunur ki, Messi obrazı 1000 pesoya tətbiq olunacaq. Bu, əskinasın nominalının Messinin nömrəsi olan “10” ilə başlaması ilə bağlıdır. Arxa tərəfdə Argentina millisinin baş məşqçisi Lionel Skaloni ləqəbi olan “La Scaloneta” yazısının qoyulması planlaşdırılır.
Xatırladaq ki, Argentina dünya çempionatının finalında Fransa yığmasını məğlub etmişdi. İki əsas hissə 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda komandalar bir-birini əvəzləyib, penaltilər seriyasında isə argentinalılar daha dəqiq olub - 4:2.
Qeyd edək ki, Argentina millisinun mundialdakı bu qələbədi tarixdə üçüncü olub. Bundan əvvəl argentinalılar 1978 və 1986-cı illərdə kuboku qazanıblar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


