Zelenskinin Ağ Evdə Baydenlə ikitərəfli görüşü planlaşdırılıb. Ukrayna prezidenti ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.


***
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi ABŞ-nin paytaxtı Vaşinqtona çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 12:30 radələrində paytaxt yaxınlığındakı "Endryus Birgə Bazası"na enib.
Zelenski ABŞ-a xüsusi hərbi təyyarə ilə səfər edib. Yaxın saatlarda Zelenski və ABŞ-li həmkarı Cozef Bayden arasında mətbuat konfransının olacağı gözlənilir.
Qeyd edək ki, bu, Zelenskinin müharibə başlayandan sonra xaricə ilk rəsmi səfəridir.



AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


