Netanyahu cinsi azlıqları müdafiə etdi

   Netanyahu cinsi azlıqları müdafiə etdi
  26 Dekabr 2022    Oxunub:823
İsrailin baş naziri Benyamin Netanyahu koalisiyadakı həmkarları qarşısında LGBT hüquqlarının müdafiəsinə qalxıb. Bu barədə Amerikanın Politico nəşri yazır.
Qəzet qeyd edir ki, İsrail baş nazirinin partiya üzvləri LGBT-yə qarşı ayrı-seçkiliyə yol verən qanunların qəbul edilməsinin tərəfdarıdırlar.

Netanyahu yeni hökumətin cinsi azlıqların nümayəndələrinin hüquqlarını pozmayacağına söz verib.

İsrailli deputat və Netanyahunun "Likud" partiyasındakı həmkarı Orit Struk bir gün əvvəl demişdi ki, xəstələrə kömək edəcək həkimlər hələ də kifayət qədər olsa da tibb işçilərinin LGBT üzvülərini müalicədən imtina etmək hüququ olmalıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti