Bu gün isə məşhur "Hraparak" qəzetində mövzu ilə bağlı diqqət çəkən bir məqalə dərc edilib. Vaxtanq Siradeqyan imzasıyla yazılan geniş məqalə daha çox xalqın öz kef-damağından qalmamasına həsr olunub. Müəllif özü artıq üç ildir ki, evində həmişəki kimi nə süni şam ağacı quraşdırdığını, nə də bayram süfrəsi açdığını yazıb. Analitik, ailəzinin bayram süfrəsinin fotosunu paylaşaraq yazıb: "Həmişəki qaydada dedikdə 2017, 18, 19-cu ilərdə açılan bayram süfrələrini nəzərdə tuturam. Bir insan gərək dəli ola ki, 2020-ci il müharibəsindəki biabırçı məğlubiyyətdən sonra əvvəlki qaydada yaşamağa davam etsin. Sanki heç nə olmamış, minlərlə qurban erməni deyilmiş və torpaqları əldən verməmiş kimi davranılır. Yaxud da həmin adam dövlət təfəkküründən tamamilə məhrum biri olmalıdır. Qurbanların, hələ də basdırılmamış cəsəd qalıqlarının, itkin düşənlərin və məhbusların olduğu şəraitdə bayram mərasimləri və möhtəşəm toylar təşkil edilir.
|
| Bu gün Bakıda bayram konsertləri keçiriləcək |
Vaxtanq xalqının yeni il təbriklərinə də toxunub. O, bunu hər kəsin şəxsi işi adlandırıb və bu məsələdə ümumi formul tapmağın çətin olduğunu yazıb.
- Tutaq ki, müxalifətçi və ya nikolçusan. Şəxsən mən, Yeni il təbriki ünvanlamayacağam. Bu təbrikləri Nikolun baş nazir postundan uzaqlaşdırılması ilə bağlı canlanacaq an üçün saxlayıram. Həm real həyatda, həm də Facebook platformasında bayram təbriklərindən çəkinirəm. Çünki Yeni il təbriki gələcəyə yönəlmiş mantraya(Hind duası-red) bənzər fenomendir. Bu, qohumlarımıza və ya müsbət hisslərimiz olan insanlara yönəlib. Nikol baş nazir kimi qaldıqca, belə şəxslərin gələcəyi bizim istədiyimiz, arzuladığımız qədər parlaq ola bilməz. Nikoldan qurtulmaq isə uğurlu, arzulanan gələcəyə nail olmaq üçün ilk addım olacaq. Yalnız bundan sonra biz müharibənin əydiyi qamətimizi düzəldə, ləyaqətimizi bərpa edə və real sülhü təmin edə bilərik. Yalnız bu şərtlər daxilində sevdiyim və hörmət etdiyim insanları ürəkdən təbrik etməyə çalışacağam.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


