"Soledar Ukraynanın nəzarətindədir" - Sergey Çerevatı

   "Soledar Ukraynanın nəzarətindədir" -    Sergey Çerevatı
  11 Yanvar 2023    Oxunub:1260
Ukraynalı müdafiəçilər Donetsk vilayətinin Baxmut rayonunun Soledar şəhərini saxlamağa davam edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatı məlumat verib. O, Soledarın rusların nəzarətində olması ilə bağlı yayılan məlumatı təkzib edib.

"Ruslar deyir ki, onların nəzarətindədir, bu doğru deyil. Baş qərargahın hesabatında təfərrüatları gözləyin", - Çerevatı deyib.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar qeyd edib ki, Soledarda ağır döyüşlər davam edir və rus ordusu böyük itki verir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti