Putin nazirə qəzəbləndi: "Siz nə gicləyirsiniz?" - VİDEO

      Putin nazirə qəzəbləndi:   "Siz nə gicləyirsiniz?" -  VİDEO
  11 Yanvar 2023    Oxunub:1718
Rusiya prezidenti Vladimir Putin hökumət üzviləri ilə görüşdə sənaye və ticarət naziri Denis Manturova 2023-cü il üçün təyyarə sifarişlərinin təmin edilməsi üzrə işləri bir ay ərzində və bundan gec olmayaraq başa çatdırmağı tapşırıb.
Denis Manturovun vəziyyəti izah etmək cəhdinə Vladimir Putin belə cavab verib: “ Siz doğurdanda nə gicləyirsiniz?

Vaxt çox gecikir. Xahiş edirəm bu işi sürətləndirəsiniz. Yaxşı, müəssisələrdə 2023-cü il üçün müqavilə yoxdur, buna nə deyirsiniz? Siz dediniz ki, pasport yoxdur. Yaxşı, nə vaxt olacaqlar? Və hələ ki, heç bir müqavilə yoxdur”, - deyə Putin bildirib.

“Sənaye və Ticarət Nazirliyinin həm Müdafiə Nazirliyi, həm mülki xətt, həm də Dövlət Nəqliyyat Lizinq Şirkəti üçün müqavilələri var, bu, helikopterlərə aiddir. Təyyarə üçün isə sınaq, sertifikatlaşdırma və idxalı əvəzetmə proqramı nəzərə alınmaqla bizdə hər şey var”, - Mantuov deyib.

Nazirin sözünə əsəbiləşən Putin:"İclas bitsin mən sizinlə danışacağam. İndi burada bir-birimizlə öcəşəcəyik?", -deyib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  



Xəbər lenti