Əfqanıstanda XİN qarşısında partlayış: 21 nəfər ölüb

   Əfqanıstanda XİN qarşısında partlayış:    21 nəfər ölüb
  11 Yanvar 2023    Oxunub:841
Əfqanıstanın paytaxtı Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində ən azı 21 nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, daha 25 nəfər yaralanıb.

Bundan əvvəl Qətərin Əl-Cəzirə telekanalı 7 qurban və 10 yaralı barədə məlumat vermişdi.

Müvəqqəti Taliban hökumətində baş nazirin aparatının rəhbərinin müavini Əhmədullah Müttəki özünün "Twitter" səhifəsində intiharçı-terrorçunun Xarici İşlər Nazirliyinə soxulmağa cəhd etdiyinə diqqət çəkib. Muttakinin sözlərinə görə, hücumçu binanın qapısında mühafizəçilər tərəfindən müəyyən edildikdən sonra o, partlayış törədib.

AzVision.az


Teqlər:



Xəbər lenti