Qadınlar karantin zamanı daha çox ev işləri görürdülər - TƏDQİQAT

   Qadınlar karantin zamanı daha çox ev işləri görürdülər -    TƏDQİQAT
  11 Yanvar 2023    Oxunub:985
Ohayo Dövlət Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, koronavirus karantini zamanı qadınlar kişilərlə bərabər səviyyədə iş görmələrinə baxmayaraq, onlar ev işlərinə daha çox vaxt ayıra biliblər.
Araşdırmanın nəticələri Çin və Cənubi Koreyadan olan iki tərəfdaşın 223 kişi və qadın cütlüyü ilə apardığı sorğuya əsaslanır. İştirakçılardan evdən işləyərkən yerinə yetirdikləri qeyri-iş tapşırıqlarının sayı soruşulub.

Məlum olub ki, kişilər evdə olarkən daha az ev işləri ilə məşğul olublar. Onların evdə qalması qadınların yükünü azaltmayıb.

Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, kişinin çevik iş saatları olduğu günlərdə qadın öz peşəkar işlərini daha çox yerinə yetirə bilib. Üstəlik, qadının sıx iş qrafiki varsa, kişi daha çox ev işləri görür.

Bunlara əsaslanaraq tədqiqatın müəllifləri qeyd ediblər ki, şirkətlər iş və ailə həyatı arasında sərhədlərin getdikcə bulanıqlaşması nəticəsində yaranan çətinliklərdən xəbərdar olmalıdırlar.

AzVision.az


Teqlər:



Xəbər lenti