Azərbaycan səfiri Kuba prezidenti ilə görüşdü
Dövlət başçımızın salamlarına görə minnətdarlığını bildirən Kuba Respublikasının Prezidenti öz növbəsində, onun salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.
Kuba Prezidenti 2019-cu ildə Qoşulmama Hərəkatının (QH) Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə həyata keçirdiyi səfərini məmnunluqla xatırlayaraq, Azərbaycanı QH-də uğurlu sədrliyi münasibəti ilə təbrik edib. Migel Dias-Kanel Bermudes Azərbaycanın Kubada səfirlik təsis etməklə bağlı qərarından məmnun olduqlarını bildirib.
Söhbət əsnasında iki ölkə arasında müxətlif istiqamətlərdə əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və digər qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


