Rusiyada "kraken" ştammı aşkar edildi

   Rusiyada "kraken" ştammı aşkar edildi
  12 Yanvar 2023    Oxunub:933
Rusiyada ilk dəfə koronavirusun "omikron" XBB.1.5 ("kraken") ştamının subvariantı aşkar edilib. Bu barədə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin mətbuat xidməti məlumat yayıb. Yoluxma halı Penza vilayətində qeydə alınıb.
Bildirilir ki, hazırda Rusiyada "omikron" ştamının geniş çeşidi yayılıb, lakin BA.5 xətti dominant olaraq qalır.

XBB.1.5 variantı ilk dəfə oktyabr ayında ABŞ-da qeydə alınıb. Bundan əlavə, "kraken" Böyük Britaniya və digər Avropa ölkələrində fəal şəkildə yayılır. Mütəxəssislər qeyd edirlər ki, bu, bütün mövcud olanlar arasında COVID-19-un ən ötürücü və yoluxucu variantıdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti