Şolts müdafiə naziri postunu çox boş saxlamayacaq
Mümkün varislər kimi media Bundestaqın hərbi məsələlər üzrə komissarı Eva Höql və Almaniya Sosial Demokrat Partiyasının rəhbəri Lars Klinqbeylin adını çəkir.
Lambrext son aylarda Almaniya Silahlı Qüvvələrinin maddi-texniki bazası ilə kifayət qədər təmin olunmadığına görə tənqid olunurdu. Almaniyada siyasətçilərin populyarlığı reytinqində o, 20-ci yerdə idi. Tənqidlərə son səbəb onun sosial şəbəkələrdə yayılan Yeni il müraciəti olub. Nazirin küləyin və atəşfəşanlığın səs-küyündən dediyi sözləri anlamaq olmayıb.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


