“Qazprom” Avropaya qaz tədarükünü kəskin azaldıb

   “Qazprom” Avropaya qaz tədarükünü kəskin azaldıb
  17 Yanvar 2023    Oxunub:696
Yanvarın 17-də "Qazprom" Ukrayna vasitəsilə Avropaya 32,6 milyon kubmetr qaz tədarük edəcək ki, bu da son bir neçə gündəkindən demək olar ki, 8% azdır.
Bu barədə AzVision.az Reuters-ə istinadən xəbər verir. Şirkət son 10 gündə Ukrayna vasitəsilə 35,4-35,5 milyon kubmetr qaz tədarük edib, ötən ilin sonu və 2023-cü ilin ilk üç günündə isə gündə 40 milyon kubmetrdən çox qaz ixrac edib.

2023-cü ilin əvvəlində Rusiya qazının Ukrayna vasitəsilə Avropaya tranziti Avropada mülayim hava şəraiti, həmçinin regionun digər mənbələrdən qazla təhlükəsiz şəkildə təmin olunması səbəbindən təxminən 16% azalıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:



Xəbər lenti