Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Mirzoyana cavab verib
“Bu əlaqələri təşviq etmək və davam etdirmək lazımdır. Bununla belə, Azərbaycan kövrək sülh quruculuğu prosesini pozmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Ruben Vardanyan kimi şübhəli şəxslərlə əlaqə saxlamayacaq. Müharibənin və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan münaqişə başa çatdıqdan sonra Ermənistanla dövlətlərarası münasibətlərin 5 baza prinsipi əsasında normallaşması prosesinin başlanması təşəbbüsünü irəli sürdü.
Son 2 il ərzində mənim ölkəm sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir. Ötən il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Bu, sülh müqaviləsinin bağlanmasına gətirib çıxara və yaxşı əsas yarada bilər”, - Azərbaycanın ATƏT-dək daimi nümayəndəsi vurğulayıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


