Hindistan tərcüməçini İrəvana səfir təyin etdi

   Hindistan tərcüməçini İrəvana səfir təyin etdi
  17 Yanvar 2023    Oxunub:1142
Hindistan Xarici İşlər Nazirliyinin katibi, baş nazirin tərcüməçisi Nilakşi Saha Sinha Ermənistana səfir təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə PTC News məlumat yayıb.

Sinhanın hind, ingilis, benqal və fransız dillərində danışdığı qeyd edilir. O, baş naziri 14 xaricə səfərdə müşayiət edib.

Bildirilir ki, Sinha yaxın zamanlarda öz vəzifəsinin icrasına başlayacaq.
Xatırladaq ki, Hindistanın Ermənistandakı hazırkı səfiri Kişan Dan Deval 2019-cu ildə İrəvana diplomat kimi göndərilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Hindistan   Səfir  



Xəbər lenti