Hekimyan hərbi canilərin dəhliz olaylarına susmasının səbəbini açıqladı

   Hekimyan hərbi canilərin dəhliz olaylarına susmasının səbəbini açıqladı
  18 Yanvar 2023    Oxunub:953
Ermənistanın “Mülki Müdafiə” təşkilatının sədri Karen Hekimyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, Ermənistanın keçmiş prezidentləri, hərbi canilər Serj Sarkisyanla Robert Koçaryanın susqun mövqe sərgiləmələrini tənqid edib.
- Bir çox insan rusların Laçın dəhlizini açacağını iddia edir. Bəziləri hesab edir ki, dəhlizin açılması Qərbin mövqeyindən asılı olacaq.
Yolun zorla, güc tətbiqi ilə açılmasını da tövsiyə edənlər də var. Bəs dəhliz açılandan sonra nə olacaq? Xankəndinin siyasi "statusu" necə olacaq? Qarabağ Ermənistanın bir hissəsi olacaq, müstəqil qalacaq yoxsa Azərbaycana tabe ediləcək? Hər şey olduğu kimi qalsa, yəni anlaşılmaz siyasət yürüdəcəyiksə, o zaman bizə qurbanlar, yeni əzablar lazımdırmı? Təəssüf ki, belə məsələlər ümumiyyətlə müzakirə olunmur, - siyasətçi gileylənib.

Hekimyan qeyd edib ki, indiki hakimiyyətin təmsil etdiyi Ermənistan heç nəyə qadir deyil.

Erməni deputatdan separatçılara etiraz: “Axı 70 il Bakıya tabe olmusunuz"
- Ancaq mən 20 ilə yaxın Ermənistanın başında durmuş və Qarabağla bağlı konkret siyasəti müəyyən etmiş insanların mövqeyini başa düşə bilmirəm. Serj Sarkisyan da, Robert Koçəryan da başa düşməlidirlər ki, bu sondur. Onların indi aktiv fəaliyyət göstərməsinə nə mane olur? Əgər bu adamlar Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirə bilməsələr, o zaman Qarabağda necə fəaliyyət göstərə biləcəklər? Bununla belə, iki keçmiş prezident susur. Niyə? Məncə problem Qarabağın mədənlərindədir. Bu mədənlər Xankəndinin "blokadasına" de-yure səbəb oldu. Mədənlərin əsl sahiblərinin kim olduğunu bilmirəm, amma ona əminəm ki, iki keçmiş prezident bu mövzularda hər şeyi bilir. Onlar bilirlər və susurlar, hamımızı da əbədi fədakarlığa dözməyə məcbur edirlər. Bir daha deyirəm, indi hamı Qarabağdakı mədənlərindən danışır: azərbaycanlılar, ruslar, ekoloji fəallar, türklər, ingilislər. Yalnız Ermənistanın indiki və keçmiş siyasi elitası susmaqla məşğuldu. Və şübhəli görünən də budur. Bəlkə onların yüksək gəlirləri var? Bəlkə satışla bağlı danışıqlar aparıblar? Hər halda, bu gün Qarabağın siyasi "statusunu" aydınlaşdırmaq üçün yaxşı, bəlkə də sonuncu fürsət yaranıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Dəhliz  



Xəbər lenti