Putin xüsusi hərbi əməliyyatı bitirmək istədiyini açıqladı

   Putin xüsusi hərbi əməliyyatı bitirmək istədiyini açıqladı
  18 Yanvar 2023    Oxunub:792
Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatı dayandırmaq arzusunu dilə gətirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya lideri çıxışında deyib.

"Bu gün etdiyimiz hər şeyi, o cümlədən xüsusi əməliyyat dayandırmaq... bu ərazilərdə yaşayan insanları qorumaq cəhdidir. Bu, bizim tarixi ərazilərimizdir", - Rusiya lideri çıxışında deyib.

Qey edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Putin çıxışında ümumi səfərbərlik və ya xüsusi əməliyyatın statusunun dəyişdirilməsini elan etmək niyyətində deyil.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti