İtaliyada polis rusiyalı oliqarxı və yaxtasını axtarır

   İtaliyada polis rusiyalı oliqarxı və yaxtasını axtarır
  21 Yanvar 2023    Oxunub:1146
İtaliya polisi rusiyalı oliqarx Dmitri Mazepin və onun yaxtasını sanksiyalar çərçivəsində axtarır.
Bu barədə AzVision.az “The Guardian”a istinadən xəbər verir. Polis qeyd edib ki, Mazepin özü Toskana kurort şəhərində dənizkənarı villa icarəyə götürmək üçün müraciət edib. Lakin onun yaxtası 2022-ci ilin yayında Liquriya Rivierasındakı Savona limanından yoxa çıxıb. Eyni zamanda məlum olub ki, 22 metrlik “Aldabra” superyaxta qeydiyyatda olduğu Sardiniya limanında da deyil. Ehtimal olunur ki, o yaxtasını Tunisə aparıb.

Yaxtanın qiyməti 700 min avro ilə bir milyon avro arasındadır. 2022-ci ilin mart ayında müsadirə edilən yaxta Olbia limanına aparılıb. Lakin onun sahibinin rusiyalı oliqarx olduğunu sübut etmək mümkün olandan bir neçə saat əvvəl o, yoxa çıxıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:



Xəbər lenti