"Xüsusi əməliyyatın məqsədi Rusiyanı qorumaqdır" - Putin
“Xüsusi əməliyyatın məqsədi, dəfələrlə dediyim kimi, ilk növbədə, insanları və Rusiyanın özünü bizə bitişik tarixi ərazilərimizdə yaratmağa çalışdıqları təhlükələrdən qorumaqdır. Biz buna yol verə bilmərik”, - Rusiya lideri deyib.
Qeyd edək ki, Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə veteranlarla keçirdiyi görüşdə də Putin Donbası Rusiyanın tarixi ərazisi adlandırıb və bildirib ki, Rusiya xüsusi əməliyyatının məqsədi 2014-cü il dövlət çevrilişindən sonra Kiyevin orada başladığı müharibəni dayandırmaqdır.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


