İsrail hərbçiləri ilə toqquşmada 9 fələstinli ölüb

   İsrail hərbçiləri ilə toqquşmada 9 fələstinli ölüb
  26 Yanvar 2023    Oxunub:611
Cümə axşamı İordan çayının qərb sahilinin Cenin şəhərində İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşmalar baş verib.
Nəticədə həlak olan fələstinlilərin sayı 9-a çatıb. xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, insident səhər tezdən baş verib. Əvvəlcə 4 nəfərin ölməsi, 13 nəfərin yaralanması barədə məlumat verilmişdi.

Fələstin Səhiyyə Nazirliyinin bəyanatında ölənlər arasında yaşlı qadın da var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fələstin  





Xəbər lenti