Çavuşoğlu: Türkiyəni ən son azərbaycanlı xilasedicilər tərk edib

  Çavuşoğlu:  Türkiyəni ən son azərbaycanlı xilasedicilər tərk edib
  11 Mart 2023    Oxunub:2151
Zəlzələ baş verəndən sonra xarici ölkələrdən Türkiyəyə gələn axtarış-xilasetmə qruplarının hamısı ölkələrinə geri dönüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu damşıb.

O qeyd edib ki, 90 ölkədən 11 min 320 nəfər Türkiyədə axtarış-xilasetmə işlərinə cəlb olunmuşdu: “Ən son Can Azərbaycan qalmışdı. Can Azərbaycan da işlərini tamamladığından sonra geri döndü”.

O, həmçinin, zəlzələ bölgəsində xarici ölkələr tərəfindən qurulan 32 səhra hospitalından 12-nin fəaliyyətinin davam etdiyini də əlavə edib.

AzVision.az



Teqlər: Türkiyə   Zəlzələ   Azərbaycan  





Xəbər lenti