Azad edilmiş ərazilərdə daha 48 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə  daha 48 mina aşkarlanıb
  13 Mart 2023    Oxunub:872
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb.
ANAMA-dan AzVision.az -a verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


AzVision.az


Teqlər:





Xəbər lenti