Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı

   Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlandı
  15 Mart 2023    Oxunub:1820
Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı məlum olub.
Bu barədə AzVision.az -a QMİ-nin Xarici Əlaləqər şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O bildirib ki, Həcc ziyarəti iyunun sonu, iyulun əvvəlinə nəzərdə tutulub. Ziyarətlə bağlı sənəd qəbuluna martın 17-dən başlanacaq:

"Sənəd qəbulu istirahət və bayram günləri xaric hər gün saat 10:00-dan 17:00-a kimi qəbul ediləcək.

Ziyarətə getmək üçün yaş məhdudiyyəti yoxdur. Vaksinlər barədə hələ ki, tam təlimatlar olmasa da, hər zəvvardan 2 vaksinin vurulması tələb olunacaq".

Şöbə müdiri qeyd edib ki, Həcc ziyarətinə gediş-gəliş AZAL təyyarələri ilə həyata keçiriləcək.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti