Beşdən çox uşağa görə müavinət alan qadınların SAYI

 Beşdən çox uşağa görə müavinət alan qadınların  SAYI
  16 Mart 2023    Oxunub:1060
Hazırda beşdən çox uşağı olan 2500-dən çox qadın 11000-dən çox uşağa görə müavinət alır.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, əvvəlki qanunvericiliyə əsasən 3-dən, yeni qanunvericiliyə əsasən isə 5-dən çox uşağı doğub, 8 yaşınadək böyüdərək erkən pensiyaya çıxıb hazırda yaşa görə pensiya alan qadınların ümumi sayı 228 min nəfərdir:

"Bu qəbildən olan, lakin pensiya hüququ yaranmayan və hazırda yaşa görə müavinət alan qadınların ümümi sayı isə 73 min nəfərdən çoxdur".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti