Rəqqasə Fatimənin köməkçisini maşın vurdu

  Rəqqasə Fatimənin köməkçisini maşın vurdu
  16 Mart 2023    Oxunub:1040
Bakının Binəqədi rayonunda yol-nəqliyyayı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, A.Bayramzadə rəqqasə Fatimənin köməkçisidir.


AzVision.az


Teqlər:





Xəbər lenti