Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi qulluqçuların fərdi hazırlığı yoxlanılıb.
Yoxlamanın yekun nəticələrinə əsasən döyüş hazırlığında fərqlənən bölmələrin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq çatdırılıb.
Sonda nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə və fəxri fərmanlar təqdim edilib.
AzVision.az
Teqlər: