İlham Əliyev: "Ermənistan hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb"

      İlham Əliyev:    "Ermənistan hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb"
  16 Mart 2023    Oxunub:1123
2022-ci ildə Praqa və Soçidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır.
AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

“Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. Beləliklə, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti