Azad olunan ərazilərdə 2026-cı ilədək 34500 evin tikilməsi planlaşdırılır

Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 7 şəhər və 36 qəsəbə-kəndin, ümumilikdə, 43 yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinin hazırlanması işləri başa çatmaq üzrədir.
“İlk mərhələdə layihələndirilən bütün qəsəbə və kəndlərin şəhərsalma konsepsiyası məqbul hesab edilib, həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Qubadlı rayonunun Mahruzlu və Zilanlı, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli, Zəngilanın Məmmədbəyli, Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib.
Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb. Dövlət Proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilərək istismara buraxılması, bu evlərə 42361 vətəndaşın köçürülməsi planlaşdırılır”, - deyə o əlavə edib.
AzVision.az
Teqlər: