FHN-in Türkiyədəki sonuncu qrupu ölkəmizə yola düşüb

Qeyd edək ki, güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə zəlzələ baş verən ilk gündən etibarən FHN tərəfindən Türkiyəyə 8 baş xüsusi təlim görmüş xilasetmə iti, 3 ədəd xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi və digər zəruri xilasetmə vasitələri ilə təchiz olunmuş ümumilikdə 760 nəfərdən ibarət xilasedici və tibbi heyət göndərilib. Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatları nəticəsində FHN-in qüvvələri tərəfindən dağıntılar altından 17-si uşaq olmaqla 53 nəfər sağ, 755-i Kahramanmaraşda və 25-i Hatayda olmaqla 780 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, FHN tərəfindən qardaş ölkəyə humanitar yardım olaraq 2 min 630 ədəd müxtəlif ölçülü çadır, 707 ədəd qızdırıcı, 5 ədəd böyük gücə malik generator, 540 ədəd çarpayı, 724 ədəd adyal, 724 ədəd adyal üzü, 650 ədəd masa, 2 min ədəd oturacaq, 8 min ədəd geyim dəsti, 20 min cüt corab, 7 min ədəd iplik dəsmal və digər ləvazimatlar çatdırılıb. Həmçinin, ümumilikdə 19 min 330 nəfər zərərçəkmiş nazirliyin Kahramanmaraş rayonunda qurduğu mobil səhra mətbəxlərində hazırlanan qida ilə təmin olunub.
AzVision.az
Teqlər: