"Narazılıqlar bilmirəm şəxsən mənə görədir, yoxsa idarəyə?" - DİM sədri

   "Narazılıqlar bilmirəm şəxsən mənə görədir, yoxsa idarəyə?" -    DİM sədri
  17 Mart 2023    Oxunub:1048
“Narazılıqlar bilmirəm şəxsən mənə görədir, yoxsa idarəyə? Bilmirəm kimin mənlə şəxsi qərəzliyi var, amma mənim heç kimlə şəxsi qərəzliyim yoxdur. Mənə qibtə edənlərə deyə bilərəm ki, sağ əlim başlarına”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında deyib. Onun sözlərinə görə, orta və xırda biznes sahibləri, kurs rəhbərləri bu sahədə pullu xidmət göstərirlər.

“İstəyirlır ki, hansı yolla olursa olsun, tələbələri daha yüksək nəticə göstərsin. Vədlər verəndə deyirlər ki, “bunker müəllimiyəm,imtahanm sualları məndə var”. Amma imtahan materiallarını əldə edib nəticələrlə narazı olanda günahı bizim üstümüzə atsınlar”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti