Nazirlik bayramda gücləndirilmiş rejimdə işləyəcək

Nazirlik bayramda gücləndirilmiş rejimdə işləyəcək
  17 Mart 2023    Oxunub:1481
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə AzVision.az -a Nazirlikdən məlumat verilib.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti