Zooparkda pələng balaları doğuldu - FOTOLAR

   Zooparkda pələng balaları doğuldu -    FOTOLAR
  04 Aprel 2023    Oxunub:2792
Bakı Zooloji Parkında pələng balaları doğulub.
AzVision.az xəbər verir ki, bu barədə parkın sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, pələnglərin 1-i erkək, 2-si isə dişidir. Çəkiləri 5.4 - 5.7 aralığında olan balalar əraziyə hələ öyrəşmədiklərinə görə, anadan ayrılmır. Qidalarını isə ana pələng öz yuvasına gətirir.

Yeni doğulmuş pələng balalarına hələ ki, ad verilməyib. Park rəsmiləri adların sosial şəbəkə istifadəçiləri tərəfindən seçilməsini istəyirlər. Bunun üçün ən yaxşı ad təkliflərini rəy bölməsində qeyd olunması da bildirilib.

Məlumatda qeyd olunub ki, pələng balaları 4 yaşında müstəqil həyata başlayır. Yeni doğulmuş pələng balalarının gözləri və qulaqları açılmamış vəziyyətdə olur. Bu vaxtadək onlar analarının müşahidəsi altında olurlar.

Yeni doğulan pələng balalarının görüntülərini təqdim edirik:


















AzVision.az


Teqlər:



Xəbər lenti