"2-3 gündən sonra evə buraxılacaq" - İnternatdakı yeniyetmə ilə bağlı açıqlama

 "2-3 gündən sonra evə buraxılacaq" -   İnternatdakı yeniyetmə ilə bağlı açıqlama
  04 Aprel 2023    Oxunub:955
Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin son durumu açıqlanıb .
Səhiyyə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

Qeyd olunub ki, “Psixiatriya yardımı haqqında” qanununa əsasən, o, xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib: "Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək".

AzVision.az


Teqlər:



Xəbər lenti