Yeniyetmənin psixi xəstə olmadığını deyən baş həkim işdən çıxarıldı

   Yeniyetmənin psixi xəstə olmadığını deyən baş həkim işdən çıxarıldı
  05 Aprel 2023    Oxunub:1463
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, bununla səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. Səhiyyə Nazirliyindən bildirilib ki, Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

AzVision.az -ın əməkdaşı A.Rəsulovla əlaqə saxlayıb. O, artıq işləmədiyini təsdiqləyib və suallarla bağlı Səhiyyə Nazirliyinə müraciət etməyimizi bildirib.

Qeyd edək ki, Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Xatırladaq ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindəki hadisələrlə bağlı danışan yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. A.Rəsulov bir gün öncə "sitat.info"ya yeniyetmənin psixi probleminin olmadığını və yenidən internat evinə qaytarılması lazım olduğunu bildirmişdi.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti