Bakıda yol qəzası zamanı 4 nəfər xəsarət alıb - FOTO

   Bakıda yol qəzası zamanı 4 nəfər xəsarət alıb -    FOTO
  05 Aprel 2023    Oxunub:1183
Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Salyan şossesinin 14-cü kilometrliyində qeydə alınıb.


Belə ki, "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Xəsarət alanlardan biri hərbçidir.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya aparılıblar.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Teqlər:



Xəbər lenti