Bakıda mənzildə meyit aşkarlanıb

   Bakıda mənzildə meyit aşkarlanıb
  05 Aprel 2023    Oxunub:805
Bakıda mənzildə meyit aşkarlanıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Teqlər:



Xəbər lenti