Abşeronda qəza zamanı avtomobil aşıb, sürücü xəsarət alıb

   Abşeronda qəza zamanı avtomobil aşıb, sürücü xəsarət alıb
  05 Aprel 2023    Oxunub:1452
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Müşfiqabad qəsəbəsində baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, idarəetməni itirən BMW markalı avtomobilin sürücüsü maşını aşırıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.


Teqlər:



Xəbər lenti