Fazil Mustafanın xəstəxanadan fotosu yayılıb

   Fazil Mustafanın xəstəxanadan fotosu yayılıb
  06 Aprel 2023    Oxunub:906
Yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan və hazırda xəstəxanada müalicəsi davam edən deputat Fazil Mustafanın fotosu yayılıb.
AzVision.az xəbər verir ki, foto Real TV-nin rəhbəri Mirşahin Ağayevlə deputatın müsahibəsi zamanı lentə alınıb.

Qeyd edək ki, martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hazırda o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.

AzVision.az


Teqlər:



Xəbər lenti