AzVision.az xəbər verir ki, bu barədə BFMTV polisə istinadən məlumat yayıb. Bildirilib ki, aksiya içtirakçıları binanın fasadına od vurub. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının binaya keçməsinin qarşısını alıblar. Onlar tez bir zamanda yanğını söndürüblər və hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütləni müəssisədən uzaqlaşdırıblar. Buna cavab olaraq nümayişçilər təhlükəsizlik qüvvələrinə şüşə və daş atıblar.
Kanalın məlumatına görə, Makron 2017-ci ildə keçirilən prezident seçkilərinin ikinci turuna keçidi burada qeyd edib. Daha sonra bir neçə dəfə də həmin restorana gəlib.
AzVision.az