Üçüncü "Yüksəliş" müsabiqəsinin keçiriləcəyi tarix açıqlandı

   Üçüncü "Yüksəliş" müsabiqəsinin keçiriləcəyi tarix açıqlandı
  07 Aprel 2023    Oxunub:1113
Üçüncü "Yüksəliş" müsabiqəsinin ilk imtahanı aprelin 16-da keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlayn keçiriləcək imtahanda dünyagörüşünün yoxlanılması üçün verilən sualların 50 faizinə cavab verənlər növbəti mərhələyə keçəcəklər.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin bu il fevralın 17-dən start götürən qeydiyyat prosesi martın 31-i 18:00-da tamamlanıb. Beləliklə, üçüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün 13 474 namizəd müraciət edib. Bununla da üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu qeydə alınıb. Qeydiyyatdan keçənlərin 10 237-si kişi, 3 237-si qadındır. Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6 268 namizəd öncəki müsabiqələrdə də iştirak edib. Namizədlərdən 94,10%-i bakalavriat təhsilini Azərbaycanda alıb. Ümumilikdə iştirakçıların 51,54%-i magistratura təhsilinə, onlardan 12,83%-i isə doktorantura/aspirantura təhsilinə sahibdir. Magistratura təhsili almış iştirakçılardan 81,22%-i, doktorantura təhsili alanlardan isə 87.99%-i təhsilini Azərbaycanda tamamlayıb. Namizədlərdən 53.80%-i dövlət, 43,94%-i özəl, 1,38%-i QHT, 0,88%-i isə beynəlxalq qurumların əməkdaşıdır.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Xatırladaq ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti